Modern.az

İntihar etdiyi deyilən aktyor DANIŞDI: “İstəmirəm”

İntihar etdiyi deyilən aktyor DANIŞDI: “İstəmirəm”

23 Yanvar 2016, 12:36

İntihara cəhd etdiyi bildirilən Mingəçevir Dövlət Dram Teatrının aktyoru Asim Məmmədov Modern.az saytına açıqlama verib:

“Yazılanlar yalandır. Belə bir hadisə baş verməyib. Nə özümü asmışam, nə də ölmüşəm. Bu barədə danışmaq da istəmirəm”.

Yayılan iddialara görə, aktyor özünü teatrın ayaqyolundan assa da, son anda onu xilas etmək mümkün olub. Aktyorun həmkarları bildiriblər ki, o, sələmçilərə borclu olduğu üçün belə bir addım atıb.  

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir