Modern.az

Gömrük Komitəsi iddialara cavab verdi

Gömrük Komitəsi iddialara cavab verdi

23 Yanvar 2016, 14:04


Yanvarın 22-də bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikasındakı televiziya kanallarından birində yayımlanan proqramda Azərbaycan Respublikası vətəndaşı Rasim İsgəndərlinin Dövlət Gömrük Komitəsinin (DGK) ünvanına səsləndirdiyi həqiqətə uyğun olmayan məlumatlar yer alıb. 

DGK-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Rasim İsgəndərli bu ilin yanvar ayının 8-də Türkiyə Respublikasına səyahət edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, o Heydər Əliyev adına Beynəlxalq Hava Limanının gömrük  sərhədini keçən zaman baqaj və ya əl yükündə özünün iddia etdiyi kimi göyərçin quşları olmayıb və Rasim İsgəndərli ölkədən göyərçin quşları aparmaq istədiyi barədə hər hansı gömrük orqanına müraciət etməyib.

Bildirilib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, eləcə də respublikamızın bütün sərhəd-gömrük keçid məntəqələrində  gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısı hər kəsin yaxşı görə biləcəyi lövhələrdə  yerləşdirilib.

Üstəlik vətəndaşlar Dövlət Gömrük Komitəsinin internet səhifəsindən və bütün sərhəd-gömrük keçid məntəqələrində yerləşdirilən informasiya köşkləri vasitəsilə də bu barədə məlumat ala bilərlər.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir