Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində törədilən qətllə bağlı rəsmi məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verib.
Belə ki, qəsəbədə yaşayan Səbinə Salayevanın evində Bakı şəhər sakini, tanışı, əvvəllər məhkum olunmuş Cəfər Ağayev münaqişə zəminində ona bıçaqla çoxsaylı xəsarətlər yetirib hadisə yerini tərk edib.
S.Salayeva hadisə yerində ölüb.
Sumqayıt polisi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Gülşən RAUFQIZI