Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mirşahin Ağayevin səhhəti qəfil pisləşib.
Vitse-prezident işdə özünü pis hiss edib və o ürək tutması şikayəti ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Modern.az saytına açıqlama verib. O qeyd edib ki, Mirşahin Ağayev Mərkəzi Klinik Xəstəxanada müalicə alır:
“Vəziyyəti yaxşıdır, həyatı üçün hər hansı təhlükə yoxdur”.
Gülşən RAUFQIZI