Modern.az

“Bank of Azerbaijan” barədə yeni XƏBƏR

“Bank of Azerbaijan” barədə yeni XƏBƏR

23 Yanvar 2016, 15:41


“Bank of Azerbaijan” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib.

Əmanətlərin Sığortalanması Fondundan Modern.az saytına verilən məlumata görə, Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məktubda belə deyilib.

Qeyd olunub ki,  bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Bank of Azerbaijan” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.

Əmanətlərin Sığortalanması Fondu “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 22 yanvar 2016-cı il tarixi “Bank of Azerbaijan” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

Məlumat üçün bildiririk ki, “Bank of Azerbaijan” ASC-də 30 (otuz) min manata qədər qorunan əmanəti olan qorunan əmanətçilərin əmanətlərinin 100 faiz həcmində kompensasiya ediləcəyinə Fond təminat verir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günü ərzində “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir