Modern.az

İslam Konfransı Gənclər Forumu: Fəxrəddin Əliyev əməkdaşımız olmayıb

İslam Konfransı Gənclər Forumu: Fəxrəddin Əliyev əməkdaşımız olmayıb

23 Yanvar 2016, 17:23


İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə İslam Konfransı Gənclər Forumunun Bakı ofisindən APA-ya verilən məlumatda deyilir.  

Ofisin əməkdaşı Alpay Əhmədov bildirib ki, F. Əliyev İslam Konfransı Gənclər Forumunun (İKGF) Katibliyinin əməkdaşı olmayıb. 

“O, İKGF-nin nəzdində fəaliyyət göstərən İƏT Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında 2013-14-cü ildə ekspert qismində iştirak edib.

Lakin həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib və bu barədə İKGF tərəfindən Türkiyə XİN-i həmin vaxt rəsmən məlumatlandırılıb. 

Mərhumun ailəsinə bu faciəvi ölümlə əlaqədar başsağlığı veririk”, - deyə o qeyd edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir