Keçmiş əri tərəfindən döyülən qadın xəstəxanaya düşüb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədə baş verib. Belə ki, şəhər sakini, 1973-cü il təvəllüdlü Tünzalə Məmmədova bədənin müxtəlif hissələrinin əzilməsi xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Qadına dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
M əlumata görə, qadın boşandığı əri və onun ikinci həyat yoldaşı tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Modern.az