ABŞ-da baş verən qar çovğunu ilə əlaqədar bu ölkədə 18-ə yaxın asam ölüb.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ölkənin şərqində hökm sürən qar çovğunu yollarda çoxğlu qəzalara səbəb olub. Elə ölənlərin də çoxu bu qəzalarda həlak olub. Associated Press agentliyinin məlumatına görə, iki nəfər isə donvurmadan ölüb. 11 ştatda fövqəladə vəziyyət elan edilib. Vaşinqton və Nyu-Yorkda isə nəqliyyatın hərəkətinə qadağa qoyulub. Minlərlə aviareys təxirə salınıb, 200 mindən artıq insan işıq və istiliksiz qalıb.
Modern.az