Modern.az

Küçədə ölü tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib

  Küçədə ölü tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib

24 Yanvar 2016, 23:58

 

Xaçmaz şəhərində küçədə ölü tapılan qadının şəxsiyyəti müəyyənləşdirilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, ilkin araşdırma zamanı meyitin 1967-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şıxnebiyeva Ziyafət Sabir qızı olduğu məlum olub.

Qeyd edək ki, bu gün şəhərin Bakı prospektində 35 -40 yaşlı qadın cəsədi tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra məlum olacaq. 

Faktla bağlı araşdırma aparılır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir