“Sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq, 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq”.
Bu haqda Modern.az saytına məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
“Sərnişinlərin nəzərinə çatdırırıq ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı-sərnişin stansiyasından yola düşəcək, saat 09-15-də Bakı-sərnişin stansiyasına çatacaq. Saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından yola düşəcək”.
Gülşən RAUFQIZI