Modern.az

Rusiyada adam öldürən şəxs Azərbaycanda silahla tutuldu

Rusiyada adam öldürən şəxs Azərbaycanda silahla tutuldu

25 Yanvar 2016, 13:54


Rusiyada adam öldürməkdə təqsirləndirilən şəxs Azərbaycanda yaxalanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN)  mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Vahid Əsgərov tutulub, ondan nömrəsi silinmiş “TT” markalı tapança da götürülüb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir