Modern.az

“Avroviziya 2016”nın püşkatması oldu - Azərbaycan I yarımfinalda - SİYAHI

“Avroviziya 2016”nın püşkatması oldu - Azərbaycan I yarımfinalda - SİYAHI

25 Yanvar 2016, 17:28


İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək “Avroviziya-2016” mahnı müsabiqəsində çıxış edəcək ölkələrin siyahısı və təqvimi dərc olunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, püşkatma nəticəsində müsabiqənin ilk yarımfinalının 10 may, ikinci yarımfinalının isə 12 mayda kçeirilməsi müəyyənləşib.

Birinci yarımfinalda – Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Rusiya, Hollandiya, San-Marino. Azərbaycan, Kipr, Malta, Bosniya və Hersoqovina, Estoniya, Çexiya, Qaradağ, İslandiya və Avstriya çıxış edəcək.

İkinci yarımfinala isə - Latviya, Belarus, İrlandiya, Serbiya, İsrail, Polşa, Litva, Avstriya, Makedoniya, İsveçrə, Albaniya, Bolqarıstan, Danimarka, Gürcüstan, Rumıniya, Sloveniya, Norveç, Ukrayna və Belçika qatılacaq.

14 mayda baş tutacaq final gecəsində isə “Böyük Beşlik” (Fransa, Böyük Britaniya, Almaniya, İspaniya və İtaliya) ölkələri və ev sahibi İsveç birbaşa çıxış edəcək.

Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir