Modern.az

Nəqliyyat vasitələrinin hərəkətində problem yoxdur

Nəqliyyat vasitələrinin hərəkətində problem yoxdur

25 Yanvar 2016, 17:29


“Bəzi xəbər saytlarında müxtəlif yerlərdə yolların bağlanması, təmizlənməməsi kimi məlumatlar verilir. Bu məlumatlar həqiqəti əks etdirmir”.

Bu haqda Modern.az saytına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

O qeyd edib ki, hal-hazırda "Azəryolservis" ASC-nin balansında olan heç bir avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində problem yoxdur: “Yollar qardan təmizlənir və lazım olan ərazilərə qum, duz səpilir.

Əgər sürücü ehtiyatlı tərpənməyərək idarə etdiyi nəqliyyat vasitəsinin şinlərini qış üçün nəzərdə tutulmuş şinlərlə əvəz etməyib yola çıxıbsa və nəticədə problem yaranıbsa bunu yolların təmizlənməməsi, bağlanması kimi qələmə vermək düzgün deyil”.  

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir