Hacıqabul şəhərində yanğın hadisəsi baş verib. Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, İbrahim Bayramov küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən 3 köhnə yaşayış binası alovlanmağa başlayıb. Hadisə yerinə Hacıqabul və Şirvan yanğından mühafizə hissələrinə məxsus texnika və canlı qüvvə cəlb olunub. Binada yaşayan 6 ailə təxliyə edilib, 1 nəfər xəsarət alıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Modern.az