“Space” Televiziyasında yayımlanan “Sevimli şou” bu gün yeni aparıcının təqdimatı ilə efirə çıxıb. Modern.az xəbər verir ki, “Sevimli şou”nu bundan sonra tamaşaçıların "Planet Parni iz Baku"dan tanıdıqları Ramil adlı aktyor aparacaq.
Yeni aparıcının ilk qonaqları Rəşad İlyasov, Almaz Ələsgərova və "faytonçu" Nazim olub. Onlar verilişin ənənəvi mahnılarının əvəzinə, xalq və bəstəkar mahnıları ifa ediblər.
Qeyd edək ki, proqramın əvvəlki aparıcısı Mikayıl Güləddinoğlu bir neçə gün öncə MTRŞ-nın qərarı ilə verilişdən uzaqlaşdırılıb.
Modern.az