Modern.az

“Azərbaycanlı və erməni deputatlar söz savaşında”

 “Azərbaycanlı və erməni deputatlar söz savaşında”

26 Yanvar 2016, 01:52

 

“Sabah Ermənistanın işğal siyasətini qınayan iki qətnamə layihəsi müzakirəyə çıxarılacaq. AŞPA-nın qış sessiyasının başlandığı ilk gündən Azərbaycanın nümayəndə heyəti Strasburqda erməni tərəfinin ciddi əngəlləri ilə qarşılaşıb”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa musavat.com-a bildirib.

Fazil Mustafanın sözlərinə görə, nümayəndə heyətimizin üzvləri partiya qruplarında ermənilərlə və onların tərəfdarları ilə çox ciddi söz savaşı aparıblar.

Qeyd edək ki, sessiyanın 26 yanvar tarixli iclasında Azərbaycan ərazilərinin işğalı və erməni işğalçılarının Sərsəng su anbarından təhdid vasitəsi istifadəsinə dair qətnamə layihələri müzakirəyə çıxarılacaq.

F.Mustafa ümid edir ki, sabah çox gərgin müzakirə gözlənilsə də, Azərbaycanın haqlı mövqeyi Avropa deputatlarının əksəriyyəti tərəfindən dəstəklənəcək: “Bu sessiyada məhbuslarla bağlı məsələ gündəlikdə nəzərdə tutulmayıb. Azərbaycanlı girovlarla bağlı məsələ də müzakirə olunacaq və burada da arzuladığımız qərarı gözləyirik”.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir