Modern.az

Azərbaycanda 50-60 m hündürlükdə vulkan püskürdü

Azərbaycanda 50-60 m hündürlükdə vulkan püskürdü

26 Yanvar 2016, 09:14

 

Bu gün səhər saatlarında Hacıqabulda vulkan püskürməyə başlayıb.

Bu barədə ANS PRESS-ə rayonun Uclu kənd sakini Razi Həsənov məlumat verib. Onun sözlərinə görə səhər saat 07:30 radələrində Kalamandun (Axtarma) dağında püskürməyə başlayan vulkanın mərkəzində başlayan yanğının hündürlüyü 60-70 metrə qədərdir: "Səhər saatlarında başlayan bu vulkanın mərkəzindən qalxan alov yaxınlıqdakı kəndləri işıqlandırır: "Bundan əvvəl belə bir hadisə heç vaxt baş verməmişdi. Baş verən bu təbiət hadisəsi kənd sakinlərinin böyük marağına səbəb olub"

Kənd sakini hadisə barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdiyini, qurumdan isə məsələdən xəbərdar olduqlarını bildirdiklərini dedi.

Razi Həsənov vulkandan lava çıxdığını desə də, bunun kənd üçün təhlükə törətməyəcəyini deyir.   Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir