Modern.az

Qar, şaxta, çovğun bu gün də davam edəcək

Qar, şaxta, çovğun bu gün də davam edəcək

26 Yanvar 2016, 09:55


Bakı da daxil olmaqla Azərbaycan bütün yerlərinə qar yağıb. Ölkə ərazisində soyuq hava şaxta və çovğunla müşayiət olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 0-2 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Gecə yolların buz bağlayacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir