“Hava şəraitilə əlaqədar çağırışların sayı nisbətən azalıb”. Bu haqda Modern.az saytına Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
O qeyd edib ki, bu saata qədər qarda, buzda sürüşərək yıxılan, travma alanlar olmayıb:
“Təcili yardıma 1800 çağırış olub ki, onların da hamısını gecikmə olmadan təmin etmişik. Bəzən olur ki, insanlar bizə aidiyyatı üzrə müraciət etmir, təcili yardıma dəxli olmayan işləri bizdən tələb edirlər. Yaxşıdır ki, qarlı günlərdə bu hallar azalıb”.
R. Nağıyev deyib ki, bütün köməkçi stansiyalara xüsusi nəqliyyat vasitələri ayırılıb:
“Yollarda heç bir problemimiz yoxdur, tam açıqdır. Təcili yardım öz qüvvəsi ilə işləyir”.
Gülşən RAUFQIZI