Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, ötən gündən səhər saatlarına qədər Bakı şəhəri üzrə yol və meteoroloji şərait nəzərə alınmadığı üçün zəncirvari 5 yol qəza hadisəsi qeydə alınıb.
Bu barədə Modern.az saytına Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.O qeyd edib ki, bu hadisələr avtomobillərin sürüşərək birinin digərinə dəyməsi ilə əlaqədardr: “Maddi zərərlə müşayiət olunan qəza zamanı insan itkisi olmayıb”.
Gülşən RAUFQIZI