Modern.az saytına məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, ötən sutka ərzində Azərbaycan yollarında baş verən qəzalarda 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb:
“Ötən sutka ərzində ölkə yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Ölümlə nəticələnən yol qəzası Suraxanı rayonu ərazisində baş verib”.
O qeyd edib ki, respublika ərazisində hava şəraitinin qarlı və şaxtalı olması səbəbindən yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb:
“Hazırda küçə və prospektlərin, həmçinin magistral yolların qardan təmizlənməsi işləri aparılır. Nəqliyyatın hərəkəti bərpa olunub".
Gülşən RAUFQIZI