“Yanvarın 25-dən başlayaraq ölkədə müşahidə edilən qarlı, çovğunlu hava şəraiti təyyarələrin hərəkətinə mane olmayıb”. Bu barədə Modern.az-a “Azərbaycan Hava Yolları ASC-dən(AZAL) məlumat verilib. Bildirilib ki, qarlı, çovğunlu hava şəraiti Heydər Əliyev Hava Limanının işinə təsir etməyib.
“Bütün reyslər cədvəl üzrə hərəkət edib və gecikmə yoxdur. Bu gün üçün nəzərdə tutulan yalnız Türkiyədən gələn reyslərin təxirəsalması qeydə alınıb”.
İstanbul, Atatürk və Sabiha Gökçen hava limanlarında gözlənilən metreoloji hadisə və intensiv qar yağması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. Modern.az “Türk hava Yollarına” na istinadən bildirir ki, hava şəraiti ilə əlaqədar yanvarın 26 və 27-nə planlaşdırılan 116 daxili və xarici uçuş reysi təxirə salınıb.
Xəbərdə bildirilib ki, qar yanvarın 26-sı axşam saatlarınadək davam edəcək, havanın temperaturu 2 dərəcə şaxtayadək enəcək. Yanvarın 27-də isə havaların isinəcəyi gözlənilir.
Aytən Zəhra