Sankt-Peterburqda bıçaqlanma hadisəsi baş verib."Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zərərçəkən Azərbaycan vətəndaşı olub.
Məlumata görə, yanvarın 25-də gecə Aleksandrovskaya xəstəxanasına Azərbaycan vətəndaşı olan 32 yaşlı kişi gətirilib. Amma xəstəxanaya gəlməsindən bir ssat sonra o, aldığı çoxsaylı bıçaq yaraları səbəbilə ölüb.Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, adı açıqlanmayan azərbaycanlı Krılenko küçəsindəki bilyard klubundan xəstəxanaya gətirilib və hazırda hadisə ilə bağlı istintaq aparılır.
Modern.az