Hazırda Nərimanov rayonu “Atatürk” prospektindəki bəzi yaşayış binalarında qaz yoxdur.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib. O qeyd edib ki, dünən axşam saatlarında “Atatürk” prospektindəki qaz xətlərində qəza baş verib.
“Yaxın saatlarda işlər yekunlaşacaq”,-deyə o bildirib.
İ.Kərbalayev deyib ki, alternativ olaraq əhalinin təbii qazla təchiz etmək məqsədilə əlavə xətdən qaz verilib. Əhali mavi yanacaqla təmin olunur”.
Gülşən RAUFQIZI