“Yanvarın 27-i gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin mülayimləşməsi gözlənilir”. Bu sözləri Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O qeyd edib ki, yanvarın 24-dən başlayaraq ölkə ərazisində hava şəritinin dəyişilməsi, yanvarın 25-də isə kəskinləşməsi müşahidə olunub.
“Bölgələrdə, eləcədə paytaxtda yağıntılı hava şəraiti müşahidə olunmaqdadır, arabi qar yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub. Sabah günortadan başlayaraq yağıntıların tədricən kəsiləcəyi və əsasın yağmursuz keçcəyi proqnozlaşdırılır”.G.Məmmədova qeyd edib ki, ölkə ərazisində yanvarın 28-də hava şəraitinin mülayim, əsasən mülayim keçəcəyi gözlənilir. Amma gecə və səhər saatlarında ölkə ərazisində yolların bağlayacağı proqnozlaşdırılır.
Aytən Zəhra