Tovuz rayonu, Aşağı Quşçu kənd sakini yanaraq ölüb. Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilnə məlumata görə, Aşağı Quşçu kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1936-cı il təvəllüdlü Quliyeva Roza Qara qızının cəsədi aşkar edilib. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Analoji hal Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan birmərtəbəli evdə də qeydə alınıb. Belə ki, 2 otaq və eyvandan ibarət evdə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə 2 kv.m sahədə ev əşyaları yanıb, bir otağın tavanı və yükdaşıyıcı divarları uçub.
Hadisə zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ev yanğından mühafizə olunub. Yanğın saat 08:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gülşən RAUFQIZI