Modern.az

Gədəbəy, Quba, Yardımlıya güclü qar yağıb – DEPUTATLAR DANIŞDI

Gədəbəy, Quba, Yardımlıya güclü qar yağıb – DEPUTATLAR DANIŞDI

26 Yanvar 2016, 11:45

 

Azərbaycan ərazisində yanvarın 26-sı səhərədək kəskin hava şəraiti davam edib, yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub. Xüsusilə dağlıq, dağətəyi rayonlarda qar daha intensiv yağıb və kəskin şaxta, çovğun müşahidə olunur. Modern.az ucqar dağ rayonlarındakı mövcud vəziyyəti oradan seçilən deputatlardan öyrənməyə çalışıb.

Deputat Sevinc Hüseynova bildirib ki, Gədəbəydə hazırda güclü qar yağıb və şaxta müşahidə olunur. Buna baxmayaraq, deputat rayonda hər hansı problemin olmadığını bildirib.

“Yollarda hərəkət etmək mümkündür. Ancaq möhkəm qar yağıb və lazımi tədbirlər görülür. Rayonda işıq və qazla bağlı heç bir problem yoxdur. Hər şey nəzarətdədir”.

Deputat Vahid Əhmədov bu gün səhər Qubadakı vəziyyəti öyrənmək üçün əlaqə saxladığını deyib. O bildirib ki, yollarda heç bir problem yoxdur.

“Nəqliyyatın hərəkəri üçün yollar təmizlənib. Rayonda qaz, işıq da var. Yalnız işıq pulu vermədiyi üçün elektrik enerjisi kəsilənlər bir az narazılıq edirdilər, onlarla icra hakimiyyəti məşğuldur. Rayon mərkəzində məktəblərdə dərsə davamiyyət yaxşıdır, ola bilsin ki ucqar kəndlərdə şagirdlər dərsə getməsinlər”.

Deputat Musa Qasımlı qeyd edib ki, Yardımlıda hazırda çoxlu qar yağıb və yollar buz bağlayıb. O qeyd edib ki, dünəndən bəzi kəndlərdə elektrik enerjisinin verilməsi dayandırlıb. Bunun səbəbi isə bəzi yerlərdə elektrik dirəklərinin aşmasıdır.

“Qarın fəsadları aradan qaldırılır. Rayonda ciddi işlər görülür, kəndlərlə rayon mərkəzinə gedən yollarda peşəkar sürücülər hərəkət edə bilir. Aşmış elektrik dirəklərinin bərpa edilməsi istiqamətində işlər görülür. Məktəblərdə isə şagirdlərin dərsə davamiyyəti var”.

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir