Modern.az

İntiqam Əliyevin məhkəməsi oldu - YENİLƏNİB

İntiqam Əliyevin məhkəməsi oldu - YENİLƏNİB

26 Yanvar 2016, 16:30



Yanvarın 26-da Ali Məhkəmədə “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri İntiqam Əliyev barəsindəki hökmün dəyişdirilməsi ilə bağlı kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Modern.az saytının verdiyi xəbərə görə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Əliyevin vəkili Cavad Cavadov çıxış edib. Vəkil çıxışında Ali Məhkəmədən İ.Əliyevə bəraət verilməsini istəyib. Məhkəmədə saat 14.30-dək fasilə elan edilib.

Onun hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov Modern.az saytına deyib ki, məhkəmə təxirə salınıb:

“İntiqam Əliyevlə bağlı bu gün məhkəmə işi mənim çıxışımdan sonra nahardan sonraya, sonra əlavə suallar verilib fevralın 24-ü saat 11-00-a qədər təxirə salındı. Zənnimcə məhkəmə əvvəlki məhkəmələrin müdafiə tərəfinin ciddi faktlarının araşdırmaqdan imtina etməsini anladı”.

Vəkil növbəti prosesdə yenilik baş verəcəyinə ümidli olduğunu deyib.

Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunan İ.Əliyevə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə iş kəsilib.

Qərardan apelyasiya şikayəti verilsə də məhkəmə vəsatəti təmin etməyib. Onun hüquqlarını müdafiə edən Cavad Cavadov isə Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir