Modern.az

AŞPA-da Qarabağla bağlı sənədin müəllifi DANIŞDI

AŞPA-da Qarabağla bağlı sənədin müəllifi DANIŞDI

26 Yanvar 2016, 14:02


AŞPA Dağlıq Qarabağ regionunun problemlərinə, Ermənistanın nəzarət etdiyi su anbarındakı sudan qıtlıq çəkən sadə xalqın əzablarına məhəl qoymaya bilməz. Bunu "Azərbaycanın sərhədyanı bölgələrinin sakinləri qəsdən sudan məhrum edilib" adlı hesabatın müəllifi, AŞPA-nın məruzəçisi Militsa Markoviç dinləmələr zamanı deyib.

Onun sözlərinə görə, söhbət Avropa Şurası və AŞ PA-nın üzv dövlətinin əhalisindən gedir və humanitar, sosial problemlər bilavasitə bizə aiddir:

"Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi problemi çox vacibdir. Əhalinin içməli su ilə təmin edilməsi üzrə Azərbaycan hakimiyyətinin bütün səylərinə baxmayaraq, irriqasiya üçün su çatışmır. Erməni tərəfi bu məsələ üzrə əməkdaşlıqdan imtina edib".

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir