Modern.az

Təcili yardıma müraciət edənlərin sayı 20 faiz artıb - SUMQAYITDA

Təcili yardıma müraciət edənlərin sayı 20 faiz artıb - SUMQAYITDA

26 Yanvar 2016, 14:26


“Ölkədə müşahidə edilən qarlı və şaxtalı hava ilə əlaqədar daxil olan müraciətlərin sayında artım var”.

Bu barədə Modern.az-a açıqlamasında Sumqayıtın təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Arif Yusifov deyib.

O qeyd edib ki, yanvar ayından təcili yardıma çağırışların sayı 20 faiz artıb.  

“Sumqayıt şəhərində vəziyyət stabildir. Bu gün buzlu yollarda yıxılan və ya travma alan, eyni zamanda avtomobil qəzaları ilə bağlı məlumat daxil olmayıb. Yanvar ayında ötən aylarla müqayisədə çağırışların sayı artıb.

Xüsusilə fəsli infeksiyalar, yuxarı tənəffüs sistemi xəstəlikləri və kəskin resperator infeksiyaları ilə bağlı müraciətlər olub ki, onlar da dərhal hospitalizasiya olunub”.  

A.Yusifov Sumqayıt şəhərində “donuz qripi” ilə bağlı gücləndirilmiş iş rejimində çalışdıqlarını vurğulayıb. O bildirib ki, günlərlə yüksək hərarəti olan və kəskin resperator infeksiyaları müşahidə edilən insanlardan qan analizləri götürülüb, analiz üçün müayinəyə göndərilir.  

“Onlar eyni zamanda dərhal xəstəxanalara yerləşdirilir. Hələki bu günə qədər Sumqayıt şəhərində “donuz qripi” faktı aşkarlanmayıb”.  

Aytən ZƏHRA    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir