Rusiyada həbsxana rəisi özünü asıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə Tatarıstanın Kazan şəhərində baş verib. 2 nömrəli cəzaçəkmə müəssisəsinin rəisi Əzfər Qədirov iş otağında özünü asaraq intihar edib.Rusiya Federal Pentensiar Xidməti faktı təsdiqləyib.
Əfzər Qədirovun 2014-cü ildən cəzaçəkmə müəssisəsinə rəhbərlik etdiyi məlumdur.
2 həftə bundan əvvəl 2 nömərli müəssisəsinin rəis müavini İqor Leonidov məhbusların saxlanma şəraitini yüngülləşdirmək üçün rüşvət aldığına görə saxlanılmışdı.
Vüqar İsmayılov