Modern.az

Bakıda univermaq çöküb, dağıntılar altında qalanlar var - FOTO

Bakıda univermaq çöküb, dağıntılar altında qalanlar var - FOTO

26 Yanvar 2016, 16:12

Bakıda univermaq çöküb. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb.  Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir.   

Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.  

Xəsarət alanlar xəstəxanalara aparılıb.   







Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir