“Əmircan qəsəbəsində yerləşən köhnə univermaq binasında təmir işləri aparılarkən binanın damı 150 kvadratmetr ərazidə çöküb”.
Bu haqda Modern.az saytına məlumat verən Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətininrəhbəri Oqtay Bayramov deyib ki, hadisə zamanı orada işləyən fəhlələrdən iki nəfər xəsarət alıb:
“Onlar xəstəxanaya yerləşdirilib. Məndə olan məlumata görə xəsarət alanların həyati təhlükəsi yoxdur”.
Qeyd edək ki, xəsarət alan şəxslər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan Modern.az saytına verilən məlumata görə, bunlar 38 yaşlı Elşad Abdullayev və 35 yaşlı Bəhruz Məmmədovdur.
Gülşən RAUFQIZI