“Bu günə qədər Bakı şəhəri üzrə 160-a yaxın bağça və 140 məktəbdə “donuz qripi”nə qarşı dezinfeksiya tədbirləri həyata keçirilib”.
Bu barədə Modern.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
O qeyd edib ki, bu tədbirlər Səhiyyə Nazirliyinin “donuz qripi” xəstəliyinə qarşı əlavə tədbirlər barədə əmrinə əsasən Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həyata keçirilir.
“Bununla əlaqədar Bakı şəhəri rayonlarında, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində dezinfeksiya stansiyaları tərəfindən məktəbəqədər təhsil müəssisələri və məktəblərdə dezinfiksiya tədbirlərinin aparılması tapşırılıb.
Bu işlər yanvarın 23-dən başlayır və hazırda da davam etdirilir”.
Aytən ZƏHRA