Modern.az

Türkiyəli siyasətçi Suriyada öldürüldü - FOTO

Türkiyəli siyasətçi Suriyada öldürüldü - FOTO

26 Yanvar 2016, 17:46

Suriyadakı türkmən qruplarına dəstək vermək üçün Türkməndağı bölgəsinə gedən Milliyyətçi Hərəkat Partiyası (MHP) Fatih rayon təşkilatı sədrinin müavini İbrahim Küçük ölüb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İbrahim Küçük Suriya və Rusiya aviasiyalarının həyata keçirdiyi hava bombardmanı zamanı həlak olub.

Məlumatlara görə, o, iki ay bundan öncə Suriyaya könüllü olaraq türkmənlərə dəstək vermək məqsədi ilə gedib. 

Qeyd edək ki, Suriya ordusu Rusiya hərbi hava qüvvələrinin yardımı ilə Türkməndağı bölgəsindəki müxalifətin nəzarətində olan Rabia qəsəbəsini ələ keçirib.

   

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir