Modern.az

Daşkəsəndə "Niva" körpüdən aşdı, vəzifəli şəxslər öldü

Daşkəsəndə "Niva" körpüdən aşdı, vəzifəli şəxslər öldü

26 Yanvar 2016, 19:07


Daşkəsəndə ağır yol-nəqliyyat qəzası baş verib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayonun Bayan kəndi ərazisində “Niva Chevrolet” markalı avtomobil körpüdən aşıb.

Hadisə nəticəsində iki nəfər həlak olub. Artıq ölən şəxslərin kimliyi də məlum olub.

Bunlar Daşkəsən rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Hacı Məmmədov və Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin rəhbəri Elvin Haqverdiyevdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir