Modern.az

Deputat Azərbaycanda elmi adların tanınması ilə bağlı biabırçı faktları AÇIQLADI

Deputat Azərbaycanda elmi adların tanınması ilə bağlı biabırçı faktları AÇIQLADI

27 Yanvar 2016, 14:36

“Bu gün bizim elm sahəsindəki ən böyük problemlərdən biri də odur ki, dövlət hesabına, yaxud da öz hesabına xaricdəki məhşur və nüfuzlu universitetlərdə təhsil almış gənclərin diplomlarının akreditasiya olunmasında problemlər var, yəni buna süni əngəllər yaradılır”.

Modern.az xəbər verir ki, bu fikirləri deputat Asim Mollazadə Milli Məclisin Elm və Təhsil Komitəsindəki müzakirələr zamanı bildirib.

“Bəzi məzunlar var ki, çox kasıbdır, amma savadlıdır. Dövlət hesabına xaricdə təhsil alıb, amma indiki vəziyyətdə maliyyə baxımından yoxsul və imkansız olduqları üçün öz hüquqlarını müdafiə edə bilmirlər.

Əgər biz belə süni əngəllər yaradırıqsa, onda niyə xaricə tələbə göndəririk? Biz onlara süni əngəllər yaratmamalıyıq”.
Deputat onu da deyib ki, xaricdə elmi tədqiqat işləri apararaq, elmi dərəcə və ad alan, lakin Azərbaycana gəldikdən sonra onların elmi iş və adlarının attestasiya zamanı qəbul olnmaması da ciddi problemdir.

“Məsələn, Fransanın Sarbon Universitetini bitirən gənc tanıyıram ki, onun diplomu bu gün hələ də tanınmır. Amma hansısa ölkənin tanınmamış bir universitetini bitirən gənc öz diplomunu təsdiqlədə bilir. Biz əgər elmin inkişafı və gələcək perspektivini görmək istəyiriksə, belə məqamlara ciddi fikir verməliyik”

Ağa Akifoğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir