Qüsurlu doğuşlara səbəb olmasına görə təhlükəli virus kimi göstərilən Zika virusu Latın Amerika və ABŞ-dan sonra Avropaya da ayaq açıb.
Modern.az xarici mətbuata istinadən bildirir ki, Danimarkada bir xəstə Zika virusuna yoluxub. Beləliklə, virusa yoluxan şəxsin son vaxtlar Cənubi və Şimali Amerikaya səyahət etdiyi məlum olub. Qızdırma, gözlərdə qızarma, qusma, baş, əzələ ağrıları kimi əlamətləri olan xəstəliyin xüsusi müalicəsi və önləyici peyvəndi yoxdur. Bu xəstəliyi digər xəstəliklərdən fərləndirən cəhət qaşınmanın olmasıdır.Virusun yayıldığı Braziliyada oktyabr ayından bu günə qədər 3 min 500-dən çox uşağa nevro-inkişaf pozğunluğu olan mikrosefaliya diaqnozu qoyulub.
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Kristian Lindmeir bildirib ki, son vaxtlar bu xəstəlik səbəbilə 49 uşaq ölüb, onlardan 8-də virus aşkarlanıb.
Zika virusu ağcaqanadlardan insanlara keçir və xəstə insandan alınan qan ağcaqanadlar vasitəsilə insanlara keçir. Virus xüsusilə hamilə qadınlara keçərsə, anormal uşaqların doğulmasına səbəb olur.
Uşaqlarda başın deformasiyasına səbəb olan virus səbəbilə Brazilyada mikrosefaliyalı, yəni başları anormal balacalıqda olan uşaqların sayı 4 mini keçib.
Mikrosefaliya düzələn bir xəstəlik deyil, doğuşdan olan bir anormallıqdır.