Fransa xarici işlər naziri Lorian Fabius Rusiya, ABŞ və digər ölkələrdən olan nümayəndələrlə birlikdə Suriya danışıqlarını telefonla müzakirə edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa hökumətinin rəsmisi Stefan Le Fol nazirlər arasında telefon danışığının 29 yanvarda start götürəcək Suriya danışıqları ilə bağlı olduğunu deyib.
“Loran Fabius 29 yanvarda Cenevrədə işə başlayacaq Suriya konfransı ilə bağlı həmkarlarına məlumat verib. Dünən o, Sergey Lavrov, Con Kerri, BMT və Suriya müxalifətinin rəsmiləri ilə telefon danışığı keçirib”.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffana de Misturu Cenevrə danışıqlarında Türkiyə hökumətinin PKK ilə sıx əlaqədə olduğunu iddia etdiyi Demokratik İttifaq partiyasının iştirak etməyəcəyini demişdi.
Vüqar İsmayılov