Modern.az

Baş nazir yeni virusa görə İsveçə səfər etməyəcək

Baş nazir yeni virusa görə İsveçə səfər etməyəcək

27 Yanvar 2016, 17:35


Böyük Britaniyanın  baş naziri Devid Kemeron İsveç və Danimarkaya planlaşdırdığı səfərini təxirə salmalı olub.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Kemeron skandinav ölkələrinin əvəzinə Brüsselə səfər edəcək və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə görüşəcək.

Hökumət başçısının ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı referendumdan qabaq avropalı siyasətçilərlə görüş planlaşdırdığı deyilirdi.  

Ehimal olunur ki, Devid Kemeronun İsveç və Danimarka səfərini yarımçıq saxlaması, bu ölkələrdə Zika virusunun aşkar olunması ilə bağlıdır.    

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir