Modern.az

Aİ-nin nümayəndəsi Yerevanda Daqlıq Qarabağ məsələsini müzakirə edib

 Aİ-nin nümayəndəsi Yerevanda Daqlıq Qarabağ məsələsini müzakirə edib

27 Yanvar 2016, 21:39

 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi Herbert Zalber Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Modern.az saytı  xəbər verir ki, bunu "Report" Ermənistan KİV-inə istinadən məlumat yayıb.

Məlumata görə, erməni nazir avropalı təmsilçiyə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında Vyanada keçirilən görüş haqda məlumat verib.

Herbert Zalber bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.

Görüşdə tərəflər Cənub Qafqazda və ona yaxın bölgələrdəki proseslərə də toxunublar.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir