Modern.az

İŞİDsevər Kenqurunin köməyi ilə terror törətmək istəyirmiş

İŞİDsevər Kenqurunin köməyi ilə terror törətmək istəyirmiş

28 Yanvar 2016, 13:47

 

Avstraliya hüquq-mühafizə orqanları 19 yaşlı Sevdet Ramazan Besimi kenqurunun köməyi ilə terror aktı hazırlamaqda ititham ediblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı gənc kenqurunun kisəsinə partlayıcı qurğu yerləşdirərək onu yerli polis şöbəsinin binasına doğru aparmaq istəyirmiş.

Paralel olaraq, İŞİD ideologiyasına meyl göstərən Sevdet Besim maşınla polislərdən birini qəsdən vurmaq və başını kəsmək niyyətində olub.

Bildirilir ki, terror aktı 2015-ci il 25 aprel tarixində baş verməli idi. Lakin bundan bir neçə gün əvvəl Besimi və onun 4 dostunu polis yaxalamışdı. 

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir