Modern.az

Azərbaycan kinoteatrında yeni animasiya filmi

Azərbaycan kinoteatrında yeni animasiya filmi

27 Yanvar 2016, 18:45


Azərbaycanın premium kinoteatrı “CinemaPlus” yanvarın 28-dən etibarən dünyada ən məşhur animasiya franşizlərindən hesab olunan – “Kunq-fu Panda 3” filminin nümayişinə başlayır. Panda Po ilə hələ belə inanılmaz macəralar baş verməmişdir. Yeni hissədə Ponun çoxdan itmiş atası gəlir və onlar birlikdə pandaların sirli cənnətinə yola düşürlər, harada ki, onlar çoxlu yeni məzəli qəhrəmanlar ilə qarşılaşırlar. Lakin misilsiz gücə malik olan cani Kay bütün Çin üzrə kunq-fu ustalarını məhv etməyə başlayır. Po isə indi mümkün olmayanı etməlidir – o, həyatsevər lakin yöndəmsiz pandaları öyrətməli və onlardan mükəmməl kunq-fu panda dəstələri etməlidir.

“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

 “CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” keçən ay adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

//cinemaplus.az/ru/news/azrbaycann-premium-kinoteatr-28-cinemann-ad-dyidir/ 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir