Modern.az

Pərvanə İbrahimova ən fəal və ən ünsiyyətcil mətbuat katibi seçilib

Pərvanə İbrahimova ən fəal və ən ünsiyyətcil mətbuat katibi seçilib

28 Yanvar 2016, 16:19

 

"Yeni Zaman" qəzeti ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri arasında ən fəal və ən ünsiyyətcil olanı müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

Apa-nın məlumatına görə, sorğu jurnalistlər və sosial şəbəkədə aktiv olan respondentlər arasında keçirilib.

Sorğunun nəticəsinə əsasən, Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri arasında ən fəal və ən ünsiyyətcil mətbuat xidməti rəhbəri seçilib.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir