Modern.az

Türkiyədə “donuz qripi”ndən 57 nəfər ölüb

Türkiyədə “donuz qripi”ndən 57 nəfər ölüb

28 Yanvar 2016, 16:43


Modern.az
xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu məlumat verib. O  qeyd edib ki, H1N1 virusu ilə bağlı 480 insandan götürülən qan nümunəsinin 280-də “donuz qripi” aşkarlanıb. Onlardan 57 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, bu günə qədər Azərbaycanda “donuz qripi”nə yoluxma halı aşkarlanmayıb. Respublikada “donuz qripi”nə qarşı ciddi tədbirlər görülür, məktəblər, bağçalar və insanların çox istifadə etdiyi nəqliyyat vasitələri və ictimai yerlər dezinfeksiya edilir.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza