Modern.az

Rusiyada 23 yaşlı azərbaycanlı dava etdiyi şəxsi BIÇAQLADI

Rusiyada 23 yaşlı azərbaycanlı dava etdiyi şəxsi BIÇAQLADI

28 Yanvar 2016, 16:53

Rusiyanın Rostov vilayətində gənc azərbaycanlı qanlı cinayət törədib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı Azərbaycan vətəndaşı Volqadonsk şəhərindəki “Kaçka” barında 36 yaşlı yerli sakinlə mübahisə edib.

Bundan sonra münasibətlərini aydınlaşdırmaq üçün küçəyə çıxan şəxslər arasında dava başlayıb.  

Azərbaycanlı üstündə gəzdirdiyi bıçaqla 36 yaşlı Volqadonsk sakinini qurşaqdan aşağı nahiyədən bıçaqlayıb. O, xəsətxanaya çatırılsa da qanitirmədən həyatını itirib.  

Polis tərəfindən saxlanılan 23 yaşlı azərbaycanlının əvvəllər də məhkum olunduğu bildirilir.    

Vüqar İsmayılov  

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza