Modern.az

Erməni hakerlərdən iddia: 81 min azərbaycanlının parolu oğurlanıb

Erməni hakerlərdən iddia: 81 min azərbaycanlının parolu oğurlanıb

28 Yanvar 2016, 19:09

Özünü Monte Melkonyan adına kiberordu kimi təqdim edən haker qrupu Ermənistan ordusunun yaranmasının 24-cü ildönümü ilə bağlı Azərbaycanın dövlət orqanlarının rəsmi internet saytlarına hücum etdiyini bildirib.                                                               

Modern.az-ın Ermənistan KİV-lərindən əldə etdiyi informasiyaya görə, erməni hakerlər iddia ediblər ki, Azərbaycanın Elektron Hökumət Portalı, Vertgilər Nazirliyi, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın veb-səhifəsinə və daha bir neçə rəsmi sayta kiberhüzum təşkil ediblər.

“Monte Melkonyan kiberordusu” Dövlət Qulluği üzrə Komissiyaya məxsus gizli sənədləri, 81 min azərbaycanlının parolunu, adlarını və IP ünvanlarını ələ keçirdiklərini və qısa müddətdə beynəlxalq şəbəkəyə buraxacaqlarını elan ediblər.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza