Modern.az

"Avis" apteklər şəbəkəsinin sahibi həbs olunub

"Avis" apteklər şəbəkəsinin sahibi həbs olunub

29 Yanvar 2016, 11:29

 

Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.

"Report"un əldə etdiyi məlumata görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb. 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza