Dövlət Sərhəd Xidmətinin Akademiyasında Gənclər günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə akademiyanın rəisi general-mayor Araz Məmmədov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirak ediblər.
Modern.az xəbər verir ki, millət vəkili Fuad Muradov çıxış edərək müstəqilliyimiz ilk illərində dövlət qayğısından məhrum olan gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə çoxsaylı dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsi, 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, Ulu Öndərin 1997-cü ildə imzaladığı sərəncamla Azərbaycan Gəncləri gününün elan edilməsi xüsusi vurğulayıb.
Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsindəmüxtəlif dövləri əhatə edən Dövlət proqramlarının həyata keçirlməsi, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimai-faydalı əməklə məşğulluğu, istirahəti üçün yüksək şəraitin yaradılması sayəsində bu gün Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafında əhəmiyyətli töhfələr verib.
Tədbirdə gənclərin vətənpərvərlik tərbiyəsinə göstərilən diqqətin uğurlu nəticələri barədə də ətraflı danıçılmış, əksəriyyəti gənclərdən ibarət olan Dövlət Sərhəd Xidməti əməkdaşlarının Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığınını təmin olunması istiqamətindəki fədakar xidmətlərinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək qiymətləndirldiyi vurğulanıb.