“Dövlət Gömrük Komitəsinin büdcə daxilolmaları ilə bağlı öhdəliyi artırılacaq”.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin birinci müavini Səfər Mehdiyev deyib. O qeyd edib ki, Azərbaycanda gömrük rüsumları üzrə faiz dərəcələrinə yenidən baxılmalıdır.
“Bununla bağlı hökumətə müraciət edilib. Lakin gömrük rüsumları üzrə faiz dərəcələrinin kəskin artımı gözlənilmir. Eyni zamanda əgər əvvəllər mallar satılanda ƏDV-yə cəlb edilirdisə, bu il yanvarın 1-dən etibarən mallar idxal edilən zaman ƏDV-yə cəlb edilir”.
O qeyd edib ki, bu məsələ ilə bağlı hökumətlə danışıqlar gedir.
“Ola bilər ki, komitənin öhdəliklərinin artırılması ilə bağlı təklif gəlsin və biz bunu dəyərləndirək. Bəzi rüsumların artırılması, bəzilərinin isə azaldılması nəzərdə tutulur".
Modern.az